Hörmətli izləyicilər!
Diqqətinizə «Natavan» brendini təqdim edirik. Bildiyiniz kimi, mənim brendimin əsası 2011-ci ildə qoyulub. Natavan brendinin sahibi olmaqla yanaşı mən həm də 18-19-cu əsr Azərbaycan milli geyimlərinin kolleksiyaçısıyam. Qədim geyimlərə olan marağım məni unikal müasir geyim parçaları yaratmağa ruhlandırır. Bu sahədə böyük təcrübəyə malik olduğum üçün bir dizayner kimi hər geyimə fərdi yanaşıram. Əcdadlarımızın adət-ənənələrini qoruyub saxlayaraq təbii parçalardan geyimlər yaradılır. Yeni kolleksiyanın rəng sxemi heç vaxt təkrarlanmır. Hər bir geyim parçasının arxasında zəhmətkeş əllər və yaradıcı dərrakə dayanır. Geyim moda və üslub kimi anlayışlarla ayrılmaz şəkildə bağlı olan daimi yoldaşımızdır. Bildiyiniz kimi, moda köhnəlməyə meyllidir, lakin stil həmişəlikdir. “Natavan” brendi sizə uzun müddət yaddaşlarda qalacaq stil təqdim edir!
150 AZN – 500 AZN